Çində nəşr olunan “Qlobal tayms” qəzetinin baş redaktoru Hu Xijin və müavini Huang Lei Bakı Dövlət Universitetində olublar.
BDU-dan SalamNews-a verilən məlumata görə, rektor, akademik Abel Məhərrəmov qonaqlara universitet barədə məlumat verib, onun beynəlxalq əlaqələrindən bəhs edib. Görüş zamanı Çin Xalq Respublikası universitetləri ilə qurulmuş əlaqələrdən, BDU-da çin dilinin və mədəniyyətinin tədrisinin yüksək səviyyədə aparılması, bu sahədə mütəxəssilərin yetişdirilməsi, tələbə-müəllim mübadiləsi kimi məsələlərdən danışılıb.
Qonaqlar universitetdə olmalarından məmnunluqlarını ifadə ediblər.
Baş redaktoru olduğu qəzet barədə məlumat verən Hu Xijin bildirib ki, ingilisdilli qəzet “Qlobal tayms” 2009-cu ildən nəşr olunur. Çində ən çox oxunan qəzet “Qlobal tayms” həm də Çin top universitetlərində tədris vəsaiti kimi də istifadə edilir. Qonaqlar universitetlə, o cümlədən BDU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutuna baş çəkiblər.
– See more at: http://salamnews.org/az/news/read/123276#sthash.0tyqtlx7.dpuf