Türkiyənin “Anadolu” informasiya agentliyi (İA) ölkə hüdudlarında strukturunu genişləndirir.
SalamNews-un TRT-yə istinadən verdiyi xəbərə görə, Agentlik Vaşinqtonda ofisini açıb.
Türkiyə baş nazirinin müavini Əli Babacan tərəfindən həyata keçirilən açılış mərasimində ABŞ administrasiyası və xarici KİV nümayəndələri iştirak ediblər.
Bildirək ki, “Anadolu” İA-nın ofisi Ağ ev və dövlət müəssisələrinin yaxınlığında yerləşir.
Agentlik türk, ingilis və ərəb dillərində fəaliyyət göstərəcək.