Azərbaycanda fəaliyyət göstərən Yurd TV internet televiziyası bağlanıb.
SalamNews-un İnterAz-a istinadla verdiyi məlumata görə, Yurd TV-nin Xəbərlər departamentindən bildirilib ki, televiziyanın fəaliyyətinin dayandırılması ilə bağlı əməkdaşlara heç bir rəsmi məlumat verilməyib. Hazırda bütün əməkdaşlar işdədirlər. Dünən axşam kanalın dayandırılması ilə bağlı qərar qəbul olunandan sonra sayta heç bir xəbər yerləşdirilməyib. Saytda sonuncu xəbər 19:49-da qoyulub.
Xatırladaq ki, Yurd TV bu yaxınlarda Prezident Administrasiyasındakı yüksək vəzifəsindən çıxarılan Elnur Aslanova məxsus media quruluşlarındandır. Yurd TV 2011-ci il martın 1-də fəaliyyətə başlayıb. Televiziya əsasən informasiya, ictimai-siyasi, sosial istiqamətdə fəaliyyət göstərib.
– See more at: http://salamnews.org/az/news/read/121619#sthash.vXJiN9XL.dpuf