Aprelin 13-də “Jurnalistlər evi”nın sakinləri həyətdə iməclik keçirib.
Modern.az saytı xəbər verir ki, bazar günü həyətə çıxan bina sakinləri həyətdə son vaxtlar əsən güclü külək nəticəsində binanın ətrafında əkilmiş ağaclara dəymiş fəsadları aradan qaldırıblar. Küləyin əydiyi ağaclar bərkidilib, dibləri bellənib və suvarılıb. Həmçinin ağacların qurumuş budaqları budanıb.
İməclik keçirilən vaxt Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da “Jurnalistlər binası”nın həyətinə gəlib və sakinlərlə söhbət edib. Qaldırılan təşəbbüsü dəstəklədiyini deyən Ə.Həsənov bu tipli kolektiv tədbirlərin faydalı olduğunu vurğulayıb. PA rəsmisi daha sonra binanın idarə edilməsi ilə bağlı nəzərdə tutulan işlərdən danışıb.