Azərbaycanın “Azərkosmos” şirkəti ilə Ukraynanın “Ukrkosmos” şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb.
SalamNews-un verdiyi məlumata görə, bu ölkənin bir neçə tanınmış telekanallarının “Azerspace-1” peyki vasitəsilə Avropanın, Mərkəzi Asiyanın və Yaxın Şərqin bəzi ölkələrində də yayımlanacaq.
Belə ki, Kiyev Dövlət Regional Teleradio Şirkəti, “Ukrayna televiziyası və radioverilişləri” şirkəti, “Mədəniyyət” Dövlət Teleradio Şirkəti, Lvov televiziyası və “ÇP-İnfo” (Hadisə-İnfo) telekanalı “Platforma MPEG-2” standartında yer alacaq.
Qafqaz regionunda yeganə peyk operatoru olan “Azərkosmos”, telekommunikasiya xidmətləri üçün VSAT şəbəkəsi üzrə rəqəmsal yayım və məlumat ötürülməsini peyk tutumu kimi verir.
– See more at: http://salamnews.org/az/news/read/120568#sthash.S1dZKNYE.dpuf