Gəncədə «İnternet media saytlarının fəaliyyəti və milli-mənəvi dəyərlər» mövzusunda “dəyirmi masa” keçirilib.
SalamNews-un bölgə müxbirinin verdiyi xəbərə görə, RUH Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı «İnternet media resurslarında milli-mənəvi dəyərlərin qorunması jurnalist peşəkarlığının əsas göstəricilərindən biri kimi» layihəsi çərçivəsində ilk «dəyirmi masa» Yeni Azərbaycan Partiyasınn Gəncə şəhər təşkilatının binasında baş tutub.
Tədbirə Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, yerli ictimaiyyətin, şəhərdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri qatılıblar.
YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev bildirib ki, ölkədə aparılan geniş abadlıq və quruculuq işləri Gəncədə xüsusilə dinamik xarakterə malikdir.
Layihənin koordinatoru, RUH AJMK-nın icraçı direktoru Əvəz Rüstəmov deyib ki, mart-iyun aylarında gerçəkləşdiriləcək layihədən məqsəd onlayn media resurslarında milli-mənəvi dəyərlərin qorunması sahəsində nəzərə çarpan təmayülləri ictimaiyyətin müzakirəsinə çıxararaq mövcud istiqamətdəki problemlərin aradan qaldırılmasına dəstək göstərməkdir.
– See more at: http://salamnews.org/az/news/read/119812#sthash.m1H5mejF.dpuf