Milli.Az mövqe.az-a istinadən xəbər verir ki, bu barədə “Ümid var” verlişinin layihə rəhbəri Namənd Rüstəmov bildirib: “İnşallah tezliklə yeni layihə ilə efirə qayıdacağıq. Bütün heyətlə birlikdə yeni, daha da reytinqli bir verilişlə tamaşaçıları sevindirəcəyik”.
“Sizcə, həmin layihə “Ümid var” kimi reytinq qazana biləcəkmi” sualına N.Rüstəmov belə cavab verib: “”Ümid var”ı da elə sevilən, reytinqli edən biz idik. Həmin layihənin üzərində də biz işləyəcəyik. Bütün heyət bir arada daha uğurlu layihə edəcəyik. Daha reytinqli bir veriliş olacaq”.
Qeyd edək ki, verilişin hansı formatda olacağı, hələ ki, sirr saxlanılır.
Milli.Az