“Uzun müddət keçməsinə baxmayaraq, evimdəki oğurluqla bağlı istintaqda hələ heç bir irəliləyiş yoxdur. Hüquq-mühafizə orqanları ilə mütəmadi olaraq əlaqə saxlayırıq, təəssüf ki, heç bir yenilik olmadığı bildirilir”. BunuModern.az-a jurnalist Ülkər Qasımova deyib.
Qeyd edək ki, “APA Holding” MMC-in əməkdaşı, APA TV-nin baş prodüseri Ülkər Qasımovanın evi qarət edilib. Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 63, mənzil 143 ünvanında yerləşən evdə sentyabrın 21-dən 29-dək heç kim olmayıb. Naməlum şəxslər mənzilə daxil olaraq 2400 ABŞ dolları, 200 avro, 3100 manat və qızıl-zinət əşyaları oğurlayıblar. İşi Xətai rayon Polis İdarəsinin müstəntiq Tural Qaralov araşdırır.