Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.
SalamNews xəbər verir ki, KİVİDDF-nin sədri Vüqar Səfərli müsabiqənin məqsəd və məramından danışıb. Bildirilib ki, 10 istiqamət üzrə keçirilən müsabiqəyə 96 yazı təqdim edilib. Yazılar 9 müstəqil ekspert tərəfindən qiymətləndirilib. Müsabiqənin şərtlərinə əsasən hər istiqamət üzrə ən yüksək bal toplamış 3 yazı qalib hesab edilib. Bundan əlavə, müsabiqənin 10 iştirakçısı həvəsləndirici mükafata layiq görülüb.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək dövlətimizin kütləvi informasiya vasitələrinin inkişafına, mətbuatın maddi-texniki bazasının yaxşılaşdırılmasına xüsusi qayğı göstərdiyini diqqətə çatdırıb. O vurğulayıb ki, fərdi jurnalist müsabiqəsində iştirak edənlərin sayının ildən-ilə artdır.Əvvəllər müsabiqəyə qəzet redaksiyalarında işləyən jurnalistlər qatılırdısa, indi informasiya agentliklərində, televiziya və radiolarda, bölgə mətbuatında, müxtəlif internet saytlarında çalışan jurnalistlər də iştirak edirlər.
Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün dövlət büdcəsindən hər il maliyyə vəsaiti ayrılır və bu siyasət bundan sonra da davam etdiriləcək.
Sonra qaliblərə mükafatlar təqdim olunub.
– See more at: http://salamnews.org/az/news/read/118902#sthash.4JYf7EOB.dpuf