Xalqxəbər.az saytı fəaliyyət göstərdiyi iki il ərzində daim gənclərin səsini işıqlandırıb və onların pəncərəsi olmağa çalışıb.
SalamNews-un məlumatına görə, bunu saytın baş direktoru Peyman Sadıqlı bu gün portalın 2 illk fəaliyyəti ilə bağlı keçirilən toplantıda bildirib.
Saytın fəaliyyət məqsədi barədə danışan baş direktor deyib ki, Xalqxəbər.az-ın Azərbaycan internet məkanında ən güclü olmasını təmin etməkdir. Portalda Azərbaycanın ictimai-siyasi həyatı ilə yanaşı, iqtisadi, sosial, mədəni və digər sahələrində baş verən hadisələr də işıqlandırılır. Biz dünyada baş verən ən mühüm hadisələri də oxuculara çatdırırıq.
Onun sözlərinə görə, sayta gün ərzində 5-10 min arası oxucu daxil olur: “Portal həm də “Facebook” sosial şəbəkəsində aktiv fəaliyyət göstərir. Minlərlə insan saytla bağlı məlumatları, ötürülən xəbərləri sosial şəbəkələr vasitəsilə alır.”
– See more at: http://salamnews.org/az/news/read/117910#sthash.1XpLhT3v.dpuf