“Rusiya qəzeti”nin saytı bu gün səhər hakerlər tərəfindən sındırılıb.
SalamNews–un BBC-yə istinadən verdiyi xəbərə görə, saytda Ukrayna bayrağı fonunda “Kibersotnya” hakerlər qrupunun emblemi, həmçinin Rusiyanın Ukrayna ilə bağlı siyasətini tənqid edən materiallar yerləşdirilib.
Qəzetin baş redaktoru Vladislav Fronin saytın işinin bir neçə saat sonra bərpa olunacağını bildirib: “Bunun haker hücumu olduğuna dair heç bir şübhə yoxdur. Professionallar əvvəlcə saytda dələduzluq edib, sonra isə serveri sındırıblar. Onlar arxalarınca iz də qoyublar – “Maydanovskaya sotnya”.”
Bildirək ki, “Kibersotnya” qrupunun “Facebook” səhifəsində “rg.ru” saytının dağıdılmasında qrupun əli olmadığı barədə məlumat yerləşdirilib.
– See more at: http://salamnews.org/az/news/read/117653#sthash.HGoycm5N.dpuf