AzərTAc dövlət agentliyi 94 yaşını qeyd edir

Azərbaycanın rəsmi dövlət informasiya agentliyi Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) bu gün 94 yaşı tamam olur.

SalamNews xəbər verir ki, AzərTAc respublikanın aparıcı informasiya agentliyi, yerli və xarici KİV üçün yeganə rəsmi dövlət informasiya mənbəyidir.

1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılmış AzərTAc sonralar – Sovet hakimiyyəti illərində müxtəlif adlarla fəaliyyət göstərib. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Agentlik özünün tarixi adını bərpa edib. 1995-ci il martın 3-dən “Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi”, 2000-ci il yanvarın 17-dən “Azərbaycan Dövlət Teleqraf Agentliyi” adlandırılıb.

Bildirək ki, AzərTAc rəsmi dövlət xəbərləri ilə yanaşı, ictimai-siyasi, iqtisadi mövzularda, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. haqqında fasiləsiz olaraq bütün sutka ərzində Azərbaycan, ingilis, rus, fransız, alman və ərəb dillərində dəqiq və operativ informasiya yayır.

Agentliyin ABŞ, İngiltərə, Fransa, Almaniya, Avstriya, Latviya, Macarıstan, Rusiya, Ukrayna, Misir, Türkiyə, Gürcüstan, İran, Orta Asiya, Çin və Yaponiyada, eləcə də respublikanın bölgələrində müxbir məntəqələri fəaliyyət göstərir.

Qeyd edək ki, AzərTAc foto və yazılı informasiyalarla yanaşı, ölkənin sosial, siyasi, iqtisadi, idman həyatından videoxəbərlər hazırlayır, onları internet resursunda və sosial şəbəkələrdə yayır.

Hazırda Agentliyə tanınmış jurnalist Aslan Aslanov rəhbərlik edir.

– See more at: http://salamnews.org/az/news/read/116759#sthash.60zICBdg.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO