Dag Hammarskjöld Fondu inkişaf etməkdə olan ölkələrdə fəaliyyət göstərən peşəkar jurnalistlər üçün 2014-cü il təqaüd proqramını elan edib.
Fonddan SalamNews-a verilən məlumta görə, təqaüd proqramına radio, televiziya, çap və İnternet mediasında çalışan 25-35 yaşlarında jurnalistlər müraciət edə bilərlər. Təqaüd proqramının qalibi seçiləcək jurnalistlər BMT Baş Assambleyasının 69-cu sessiyasında iştirak etmək üçün Nyu-Yorka gələrək beynəlxalq məsələlər barəsində məlumatları işıqlandırmaq imkanı qazanacaqlar. Sentyabrdan başlayacaq üç aylıq proqramda iştirak üçün bütün xərclər ödənilir. Bu il martın 31-i müraciət üçün son tarixdir.
Ətraflı məlumat üçün www.unjournalismfellowship.org linkinə daxil olmaq lazımdır.
– See more at: http://salamnews.org/az/news/read/115045#sthash.lRRhJeZR.dpuf