Milli Televiziya və Radio Şurasının (MTRŞ) bu gün növbəti iclası keçirilib.
MTRŞ-dan SalamNews-a verilən məlumata görə, iclasda “İctimai Televiziya və Radio Yayımları Şirkəti” və “Space Müstəqil Tele-radio Şirkəti” tərəfindən “Televiziya və radio yayımı haqqında” qanununun tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb. MTRŞ-nın qərarına əsasən, “Televiziya və radio yayımı haqqında” qanununun 35.2, 35.7, 35.8-ci maddələrinin tələblərini pozduğuna görə “İctimai Televiziya və Radio Yayımları Şirkətinə, “Televiziya və radio yayımı haqqında” qanunun 35.7-ci maddəsinin tələblərini pozduğuna görə isə “Space Müstəqil Tele-radio Şirkəti”nə xəbərdarlıq elan edilib.