Şeyx Quranın azərbaycanca oxunmasına qarşı çıxdı

Türkiyədə səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadə Milli Məclis sədri Oqtay Əsdovun din mərasimlərində Qurani-Kərimin Azərbaycan dilində səsləndirilməsi təklifinə münasibət bildirib.

ANS PRESS-in məlumatına görə Hacı Allahşükr Paşazadə Milli Məclis sədrini işarə edərək, Quranın Azərbaycan dilində səslənməsinin əleyhinə olduğunu söyləyib: “Qurani-Kərimin Azərbaycan dilində oxunması müzakirə mövzusu ola bilməz”.

Xatırladaq ki, Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında millət vəkili, Gövhər Baxşəliyeva din-dövlət münasibətlərində tənzimlənmə işləri aparılmalı olduğunu söyləyib. O, bu istiqamətdə müntəzəm işlərin görülməli olduğunu da qeyd edib.

Milli Məclisin sədri Oqtay Əsədov isə xanım millət vəkilinə cavabında, ölkədə keçirilən dini mərasimlərdə Qurani-Kərimin və dini kəlamların insanlara onların başa düşəcəyi dildə çatdırılmalı olduğunu qeyd edib. “Bizim dinimizin əsas kitabı Qurani-Kərimdir. Quranı-Kərim Azərbaycan dilinə tam səlisliyi ilə tərcümə olunub. Qurani-Kərim ərəb dilində oxunanda insanların 80 faizi onu başa düşmür. Bəziləri ərəb dilində oxuyur, sonra Azərbaycan dilinə tərcümə edir. Bakının bəzi kəndlərində mərasimlərdə Quran-Kərimdəki surələr Azərbaycan dilində oxunur. Qurani-Kərimdəki sözlər Azərbaycan dilində deyilməlidir ki, insanlar onu başa düşsünlər. Əgər bu kəlamlar bizə lazımdırsa, öz dilmizdə deyilsin ki, hamı da başa düşsün. Dini işçiləri arasında attestasiya keçirməyəcəyik ki. Bunun üçün Dini Komitə var. Ancaq biz bu məsələni mütləq fikirləşməliyik”.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO