İnterAz-ın “7–ci Gün” analitik informasiya proqramının bu həftə qonağı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev olacaq.
SalamNews xəbər verir ki, proqramda Suriyada son günlər davam edən gərginlik və bura döyüşməyə gedən azərbaycanlılar haqqında rəsmi Bakının mövqeyi acıqlanacaq. Həmçinin son günlər cəbhə bölgəsindəki vəziyyət, xarici işlər naziri Elmar Məmmədyarovun Parisdə Edvard Nalbandyanla görüşü, Los Anceles şəhər şurasının separatçı Dağlıq Qarabağ rejiminin müstəqil dövlət kimi tanınması ilə bağlı qəbul etdiyi qətnamə, eləcə də “Freedom house”un öz hesabatında Azərbaycanın işğal olunmuş ərazilərində rəsmi İrəvan tərəfindən yaradılmış qondarma rejimlə bağlı qərəzli mövqeyi barədə geniş söhbət açılacaq.
– See more at: http://salamnews.org/az/news/read/112777#sthash.b1G0TEG4.dpuf