Milli.Az-ın 4 yaşı tamam olur

Milli.Az-ın 4 yaşı tamam olur.
SalamNews xəbər verir ki, portal belə qısa müddət ərzində Azərbaycanın ən çox oxunan internet resursları sırasına daxil olub. Milli.Az böyüyüb, daha funksional olub, kifayət qədər auditoriya qazanıb və oxucularının sayını artırır. Milli.Az kollektivi yaxın zamanlarda istifadəçilərinə ən son dünya tendensiyalarına uyğun tamamilə yeni layihə təqdim edib.

İlk günündən səhih və dəqiq xəbərlər, baş verən hadisələrə mütəxəssis və ekspertlərin rəyləri, obyektiv informasiyalar vermək yolunu seçmiş Milli.Az-ın oxucularının sayı fasiləsiz artırır. İndi sabit hal almış bu artım Milli.Az İnternet portalındakı kontent, informasiya və xəbərlərə olan tələbatla bağlıdır. Milli.Az İnternet portalının oxucu auditoriyasının stabil artımı həm də portal yaranandan bəri aparılan təkmilləşmə və inkişaf işlərinin məntiqi nəticəsi sayıla bilər.
Ciddi veb-resurs üçün qısa zaman sayıla biləcək dörd il ərzində Milli.Az bir çox mükafat qazanıb, populyarlaşıb və Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrindən birinə çevrilib.
Fəaliyyətimiz baş verən hadisələrlə bağlı oxucularımızı obyektiv, sürətli və ən başlıcası, vaxtında məlumatlandırmaqla yanaşı, Azərbaycanın informasiya məkanı ilə yanaşı, ümumi inkişafına xidmətdir.
Bu gün Milli.Az İnternet portalı indi Azərbaycanda ən çox oxunan, sayılan və nüfuzlu kütləvi informasiya vasitələrindən biridir.

– See more at: http://salamnews.org/az/news/read/112737#sthash.Sr5IzdCe.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO