Ukraynanın “Xalq Deputatı” jurnalı Azərbaycandan yazıb

Ukraynanın nüfuzlu “Xalq Deputatı” jurnalının növbəti buraxılışında Prezident İlham Əliyevin 2013-cü ilin noyabrında Ukraynaya rəsmi səfəri zamanı imzalanmış sənədlər, həmçinin ötən il oktyabrın 31-dən noyabrın 1-dək keçirilmiş 3-cü Bakı Beynəlxalq Humanitar forumu barədə məqalələr dərc edilib.

Azərbayacanın Ukraynadakı səfirliyindən SalamNews-a verilən məlumata görə, “Prezident” başlıqlı məqalədə bildirilir ki, Azərbaycan və Ukrayna arasında imzalanan saziş və müqavilələr iki ölkə arasında sağlam əlaqələrin əsasını təşkil edən hüquqi bazanın daha da təkmilləşməsinə və əməkdaşlığın daha da inkişafına töhfə verəcək.

“3-cü Bakı Beynəlxalq Humanitar Forumu” məqaləsində isə ənənə halını halmış bu tədbirin dünyanın elmi, mədəni, siyasi xadimlərinin, Nobel mükafatı laureatlarının, dövlət xadimlərinin müzakirə forumuna çevrildiyi vurğulanıb. Məqalədə həm də sonuncu forumun işi, iştirakçıları, həmçinin onların Azərbaycanın Qəbələ, Quba, Gəncə, Lənkəran, Naxçıvan kimi regionlarına səfərləri barədə söhbət açılıb.

– See more at: http://salamnews.org/az/news/read/112080#sthash.NSfrOEfU.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO