Milli Televiziya və Radio Şurasının iclası keçirilib.
Şuradan SalamNews-a verilən məlumata görə, iclasda yeni televiziya yayım kanalının açılması imkanları araşdırılıb və yeni ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla) 22 yanvar 2014-cü il tarixdən 22 fevral 2014-cü il tarixədək müsabiqə elan edilib.