Azərbaycanlı jurnalist xarici jurnalın redaksiya heyətinə üzv seçildi

“Azərnəşr” nəşriyyatının baş redaktoru Əlövsət Ağalarov Ukraynada nəşr edilən “Liçnostı” jurnalının redaksiya heyətinin üzvü seçilib. Bu barədə qərar jurnalın redaksiya heyətinin 2013-cü il 19 dekabr tarixli iclasında qəbul edilib.
AzərTAc xəbər verir ki, bununla əlaqədar Əlövsət Ağalarova ünvanlanmış məktubda deyilir:

“Liçnostı” nəşriyyat evi adından Sizə “Liçnostı” jurnalının redaksiya heyətinin tərkibində əməkdaşlıq təklif etməyi özümüzə şərəf sayırıq. Əminik ki, sizin zəngin təcrübəniz, geniş erudisiyanız və parlaq ədəbi istedadınız “Liçnostı” ədəbi-tarixi layihəsinin uğurla inkişaf etdirilməsi və Azərbaycanla Ukrayna arasında mədəni əlaqələrin möhkəmlənməsi üçün əsasdır”.

Xatırladaq ki, “Liçnostı” nəşriyyat evi 2013-cü ilin dekabr ayında “Liçnostı” jurnalının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş xüsusi buraxılışının təqdimatını keçirib. Təqdimat mərasimində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının, siyasi partiyaların, ictimaiyyətin nümayəndələri, Milli Məclisin deputatları, elm xadimləri iştirak edib.

Nəşrin mətbuat xidmətində bildiriblər ki, “Liçnostı” jurnalı Rusiya Federasiyasında, Belarus Respublikasında və başqa ölkələrdə çap olunur. Əlövsət Ağalarov jurnalın redaksiya heyətinə salınan ilk və yeganə əcnəbi jurnalisdir.

Modern.az saytına açıqlamasında Ə.Ağalarov deyib ki, onun bu istiqamətdə xüsusi planları var:

“Jurnalda Nizami Gəncəvi, Qara Qarayev, Üzeyir Hacıbəyli və digər azərbaycanlı şəxsiyyətlər barədə də davamlı yazılar dərc ediləcək”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO