“Axundov və Haqverdiyev pafosuna və aldanışına son! Haqverdiyev və Axundov bu toplumun həyatında ciddi rol oynaya bilməyiblər. Azərbaycanda nə dəyişibsə, dünyanın yavaş-yavaş, hiss olunmaz-hiss olunmaz buralardan keçməsinə görə olub.”
“Azərbaycanın daha bir başabəla, gerizəkalı problemi: M.Ə.Sabir!”
“Azərbaycanın ədəbiyyatdakı daha bir uzun sürən aldanışı: M.P.Vaqif”.
Modern.az xəbər verir ki, bunu Facebook sosial şəbəkəsində şair Salam Sarvan yazıb. Statuslardan da göründüyü kimi, Azərbaycan ədəbiyyatı tarixində müəyyən yeri olan şəxsiyyətlərin təhqiq olunması yəqin ki, polemika doğuracaq.