Tovuz rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri operativ tədbirlər nəticəsində martın 9-da «Qanun və həqiqət» ictimai-siyasi qəzetinin baş redaktoru Eldar Əsgərov, şöbə müdiri Peyman Sadıqov, Gəncə şəhər sakinləri Bəxtiyar Cəfərov və Elnur Yusifov saxlanılmışdır. Onlar Tovuz rayonunda sahibkarlardan şantaj yolu ilə pul qopardıqları üçün saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.
Vesti.az