“Sənədləşmə işləri bitdikdən sonra jurnalistlər mənzillərinə köçə biləcəklər.”
SalamNews xəbər verir ki, bunu jurnalistlərə Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov deyib.
O bildirib ki, sənədlərin hazırlanma prosesi bitənə qədər bu məsələ həllini tapmayacaq. Daha dəqi məlumatı Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəy Fondundan (KİVDF ) almaq olar: “MŞ Diffamasiya ilə bağlı qanun layihəsi hazırlayıb. ATƏT-nın köməyi ilə MŞ hazırladığı layihə Avropanın bir sıra ekspertləri tərəfindən təkmilləşdirilib. Hazırda parlamenin Venesiya Komissiyasına təqdim etdiyi layihə MŞ-nın layihəsidir. Əminliklə deyə bilərəm ki, bu ilin sonuna kimi biz “Diffamasiya haqqında” Qanuna malik ola biləcəyik. Bu qanunda əsas məqam jurnalistlərin yazıdığı yazısına görə həbs olunmamasıdır. Cinayət Məcəlləsinin 147-148-ci maddələri jurnalistlərə şamil olunmayacaq.”
– See more at: http://salamnews.org/az/news/read/93782/cinayet-mecellesinin-147-148-ci-maddeleri-jurnalistlere-shamil-edilmeyecek–amsh-sedri/#sthash.QhX53FmM.dpuf