Mətbuat Şurasından “Media forum”a bildiriblər ki, layihə çərçivəsində qəzet, jurnal, informasiya agentlikləri və xəbər portalları da daxil olmaqla ölkədə müntəzəm yayımlanan 60-dan artıq kütləvi informasiya vasitəsinin monitorinqi aparılır: “Monitorinq müvafiq təlimat əsasında həyata keçirilir və əsas diqqət məlumatlarda həqiqətə xidmət, dəqiqlik, qərəzsizlik dərəcələrinə, KİV-lərin informasiya mənbəyinə münasibətlərinə, o cümlədən şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı, balans və digər prinsiplərə riayət olunması səviyyələrinə yetirilir”.
«Media forum»