Dünya liderləri G20 sammitində mövcud problemləri müzakirə edərkən jurnalistlər qarınqululuqla məşğul idilər.
SalamNews-un İnоTV-yə istinadən verdiyi xəbərə görə, bu barədə “The Wall Street Journal” yazıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov KİV nümayəndələrinə G20 sammitinin ilk günündə jurnalistlərin 20 ton ərzaq istifadə etməsindən danışıb.
Peskovun sözlərinə görə, sammitə 1400 media nümayəndəsi buraxılıb: “Bu isə o deməkdir ki, bir nəfərə 18,5 kiloqram yemək payı düşür. Çox yeyirsiniz.”
“The Wall Street Journal” məlumat verib ki, tədbirdə xidmət göstərən restoran donuz qabırğası, qızıl balıq, qızardılmış tərəvəzlər, qoyun ətindən kotlet, makaron, mal əti, müxtəlif növlü pendirlər, bişirilmiş çörək və turşu təqdim edib.
Jurnalın yazdığına görə, böyük insan bir gündə 18,5 kiloqramdan artıq qida qəbul edə bilmək üçün yalnız kahı yeməlidir.
– See more at: http://salamnews.org/az/news/read/92060/peskov-g20-sammitindeki-jurnalistleri-acgoumlzluumlklerine-goumlre-tenqid-edib-ndash-wsnbsp/#sthash.vZbjyPts.dpuf