O bildirib ki, əslində ATV-nin hazırkı binasında da əlavə yer var, amma “ATV İnt”in işçiləri çox olacaq deyə, həmçinin bu, yeni layihə olduğundan şirkət rəhbərliyi yeni kanalın ayrıca binada fəaliyyətə başlamasını istəyir.
Vitse-prezident kadrların yığılması prosesinə də başlandığını söyləyib.
“ATV İnt” əsasən təbliğat-təşviqatla məşğul olacaq, ictimai-siyasi, mədəni verilişlər hazırlayacaq. Verilişlər ingilis, rus, fars, türk, erməni dillərində də yayımlanacaq. Kanala Milli Televiziya və Radio Şurası birbaşa peyk yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verib.
«Media forum»