İTV-də köhnə kadrların işdən azad edilməsi prosesi davam edir. Bu dəfə telekanaldan uzaqlaşdırılan Analitik proqramlar departamentinin direktor müavini, aparıcı Telman Məmmədov olub.
Bu barədə əmri İTV-nin direktoru Cəmil Quliyev imzalayıb.
AzNews.az-a daxil olan başqa bir məlumata görə isə, İTV-nin Şəki və Lənkəran üzrə bölgə müxbirləri də işdən azad edilib.
Modern.az