İREX təşkilatının maliyyə dəstəyi ilə Azerlife.org saytı bir aya yaxın davam edən Azərbaycan regionlarında və paytaxtda medianın durumu ilə bağlı sorğunun nəticələrini təqdim edib. Layihə çərçivəsində bir ay boyunca Facebook sosial şəbəkəsində istifadəçilər arasında sorğu keçirilib. Xüsusi proqram təminatının köməkliyi ilə keçirilən sorğuda 442 nəfər iştirak edib.
Nəticələrə görə, ən aktiv region gözlənildiyi kimi Bakı olub. Bundan əlavə, Abşeron, Gəncə, Quba, Masallı, Lənkəran rayonları da aktivlik göstərib. Sorğuda “Məlumatı ən çox haradan əldə edirsiniz” sualına cavab verən respondentlərin böyük bir hissəsi – 343 nəfəri “Xəbər saytları” (İnternet) cavabını, “Hansı informasiya mənbəyinə daha çox inanırsınız” sualına 120 nəfər “İnternet” cavabını verib.
“Ən çox izlədiyiniz TV-lər” sualının cavabı Kanal D Türkiyə olun, ikinci yeri isə ANS telekanalı tutub.
Sorğuda həmçinin Türkiyənin qabaqcıl TV-lərinin adları da var. Ümumilikdə, bütün Türk TV-lərinə verilən səslərin sayı 581-dir.
“Xəbəri ən çox hansı saytlardan əldə edirsiniz” sualında ən çox səsi Facebook sosial şəbəkəsi yığıb, “Azadlıq” radiosu isə ikinci olub.