Azərbaycanda animasiya filmlərinin hazırlanması ilə məşğul olacaq kadrların hazırlanmasına başlanılacaq.
SalamNews-un məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli prodakşn rəhbərləri ilə çərşənbə axşamı keçirilən görüşdə deyib.
Şura sədri bildirib ki, ölkədə uşaqlar üçün cizgi filmlərinin çəkilişi ilə bağlı acınacaqlı hal mövcuddur. İndi MTRŞ-da cizgi filmlərinin çəkilməsi üçün dövlətin vəsait ayırması ilə bağlı ölkə başçısına müraciət hazırlanır.
O deyib: “Lakin ayrılan vəsaitin bir hissəsi cizgi filminin hazırlanması deyil, məhz animasiya filmlərinin hazırlanması ilə məşğul olacaq kadrların hazırlanmasına yönələcək. Gələcəkdə cizgi filmlərinin çəklişi işinə prodakşnların cəlb olunması istisna deyil. Ayrılan vəsait prodakşnlar tərəfindən lazımı kimi istifadə olunmasa, sonradan məhkəmə vasitəsilə geri alınacaq.”
Onun sözlərinə görə, Azərbaycan telekanallarında uşaq verilişləri ilə bağlı vəziyyət ürəkaçan deyil. Bizim uşaqlar xarici cizgi filmləri əsasında tərbiyə alırlar. Bu, yolverilməzdir, bu məsələyə baxılacaq. Serialların çəkilişinə MTRŞ tərəfindən ciddi nəzarət olunacaq.
– See more at: http://az.salamnews.org/az/news/read/76047/oumllkede-ushaqlar-uumlccediluumln-cizgi-filmlerinin-ccedilekilishi-ile-bagli-acinacaqli-hal-moumlvcuddur–mtrsh-sedri/#sthash.8dldAFx0.dpuf