CASCFEN Qazaxıstan təşkilatı ilə əməkdaşlıq memorandumu imzalayıb

Qazaxıstanda fəaliyyət göstərən “Jurnalistlər Təhlükədə” İctimai Fondu ilə mərkəzi qərargahı Bakı şəhərində yerləşən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) arasında memorandum imzalanıb.

CASCFEN sədri Azər Həsrətin SalamNews-a verdiyi xəbərə görə, “Qarşılıqlı yardım və beynəlxalq səviyyədə dəstək yönündə işbirliyi haqqında” memorandum adlanan sənəd onu imzalayan tərəflərin on ilə yaxın davam edən işbirliyini rəsmiləşdirmək üçündür. Bu sənədə görə CASCFEN və “Jurnalistlər Təhlükədə” İF hər iki ölkədə söz və mətbuat azadlığı, həmçinin jurnalistlərin hüquq və azadlıqlarının qorunması, eyni zamanda beynəlxalq səviyyədə qarşılıqlı dəstəklə bağlı öhdəlik götürür. Bu işi daha yaxşı gerçəkləşdirə bilmək üçün tərəflər sənədə mütəmadi informasiya mübadiləsi ilə bağlı maddə də əlavə edib.

Memorandumu “Jurnalistlər Təhlükədə” İF adından qurumun direktoru Rozlana Taukina, CASCFEN adından isə sədr Azər Həsrət imzalayıblar.

– See more at: http://az.salamnews.org/az/news/read/73500/cascfen-qazaxistan-teshkilati-ile-emekdashliq-memorandumu-imzalayib/#sthash.slZc7xJR.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO