TRT-nin baş direktoru Bakıya gəlir

TRT-nin baş direktoru Bakıya gəlirTRT-nin baş direktoru İbrahim Şahinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Prezident Administrasiyasının dəvətilə Bakıya səfər edəcək.

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun dəvəti əsasında həyata keçiriləcək səfər 3 gün davam edəcək.

İbrahim Şahin səfər çərçivəsində Azərbaycanın dövlət və özəl televiziyasının rəhbərləri, Milli Teleradio Şurasının sədri, KİVDF-nun icraçı direktoru ilə görüşəcək.

Rabitə və texnologiyalar naziri Əli Abbasovla da görüşü planlaşdırılan İbrahim Şahinin prezident İlham Əliyev tərəfindən də qəbul edilməsi gözlənilir.

TRT-nin Bakı təmsilçisi Yüksəl Dəyərcan səfər çərçivəsində iki ölkənin televiziya və media sektorunda əməkdaşlıq və bu əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinin müzakirə olunacağını söyləyib.

Aprelin 29-da başlayan səfər mayın 2-nədək davam edəcək.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO