Hazırda həbsdə olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin anadan olmasının 75 illik yubileyi münasibətilə ona ilk açıq məktubunu ünvanlayıb. Aprelin 2-də məktub Bakı İstintaq Təcridxanasından Prezident Administrasiyasına – akademkin ünvanına göndərilib.
Bu barədə Modern.az-a Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı məlumat verib.
Məktubda baş redaktor R.Mehdiyevin 75 illik yubileyini təbrik edib və həbsinin sifarişçiləri və motivləri haqqında geniş məlumat verib. Məktub müstəqil mətbuata təqdim olunacaq.
Xatırladaq ki, PA rəhbəri R.Mehdiyevin 75 illik yubileyi sabah -aprelin 17-də tamam olur.
Modern.az