Jurnalist Reham əl-Fərranın xatirəsinə həsr edilmiş təqaüd proqramı üçün 35 yaşa qədər Azərbaycan vətəndaşı olan və KİV-lərdə fəaliyyət göstərən namizədlərin qeydiyyatına başlayıb.
BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən SalamNews-a verilən məlumata görə, bu proqram inkişaf etməkdə və iqtisadiyyatları keçid dövründə olan ölkələrdə fəaliyyət göstərən gənc diktor və jurnalistlərə BMT-nin işi ilə birbaşa tanış olmaq imkanı verir.
Bu il təqaüd proqramı 20 ölkədən olan jurnalist və diktorlar üçün açıqdır. Onlardan 11 namizədin seçilməsi nəzərdə tutulub. Proqram sentyabrın 3-də Nyu-York şəhərində başlayacaq və 2 gün sonra Cenevrə şəhərində sona çatacaq. Proqram Nyu-Yorka, oradan Cenevrəyə və sonda jurnalistlərin ölkələrinə uçuş xərclərini, eləcə də təyinat yerlərində olduqları müddətdə yaşayış xərclərini tam ödəyir.
Ətraflı məlumat [email protected] elektron ünvanından almaq mümkündür. Ərizələr aprelin 30-dək qəbul olunacaq.