İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin ərəb dünyasının tanınmış simalarından ibarət böyük nümayəndə heyəti ilə həmsədri olduğu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkil etdiyi “Cənubi Qafqaz Forumu”na qatılmaq üçün Azərbaycana səfərə gəlir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən SalamNews-a verilən məlumata görə, dünya elm və mədəniyyətinin əfsanəsi, Dünya Bankında (DB) yoxsul ölkələrə yardım proqramlarının müəllifi, Ümumdünya Kənd Təsərrüfatı Qrupunun, Ümumdünya Su mühafizəsi Qrupunun, yoxsul ölkələrə yardım qrupunun, Mikromaliyyələşdirmə Birliyinin təsisçi rəhbəri olan İsmayıl Seragəldin 1992-2000-ci illərdə DB-nin 1-ci vitse prezidenti vəzifəsində çalışıb. Amerika Elmlər Akademiyasının məlumatına əsasən, dünya əhalisinin 2,5 milyardının yaxın 40-50 il ərzində acından ölmək təhlükəsindən uzaqlaşdırılması məhz İ.Seragəldinin apardığı siyasət nəticəsində reallaşıb.
Nizami Gəncəvi – Azərbaycan təşəbbüsünün müəllifi və hamisi olan İ.Seragəldinin rəhbərliyi ilə Nizami Gəncəvinin bütün dünyaya yayılmış zəngin irsi doğma vətəninə qaytarılıb.
Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən Cənubi Qafqaz Forumuna moderatorluq edəcək İ.Seragəldinin həm də Gəncə şəhərinin tarixi yubileyi layihəsinin də rəhbəridir.