Jurnalist Qadınlar Assosiasiyasının təşəbbüsü ilə Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və təbliğat üzrə müşaviri Seyid Əhməd Arslanla azərbaycanlı jurnalistlərin görüşü keçirilib.
SalamNews-un məlumatına görə, görüşdə müşavirliyin 2013-cü ildə hazırladığı reklam kampaniyaları və Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində Türkiyəni təmsil edəcək şirkətlər haqqında məlumat verilib.
Tədbir çərçivəsində müşavirliyin web-saytının təqdimatı olub.