Türkiyənin TRT kanalları vasitəsilə 31 mart- Azərbaycanlıların soyqırım günü ilə bağlı xəbər və proqramlar dünyaya yayımlanacaq.
TRT-nin Bakı Nümayəndəliyindən SalamNews-a verilən məlumata görə, verilişlərdə 1918-ci ildə erməni daşnakları tərəfindən Azərbaycan ərazilərində törədilən tarixin ən qanlı qətliamı, türk olduqları üçün Azərbaycan vətəndaşlarının vəhşicəsinə qətlə yetirilməsi faktlarla göstəriləcək. Bu məqsədlə nümayəndəlik tərəfindən “Tarixin Qara Səhifəsi’’ və ’’Qafqazdan Əsən Yellər’’ adlı iki proqram hazırlanıb. “Tarihin Qara Səhifəsi’’ adlı proqram Azərbaycan İqtisad Universitetində martın 31-də keçiriləcək tədbirdə təqdim ediləcək.
Bu proqramlar TRT Haber, TRT Türk, TRT Avaz ve TRT Anadolu kanallarında yayımlanacaq.