Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən Mətbuat Şurasının bu gün 10 yaşı tamam olur.
SalamNews-un məlumatına görə, Mətbuat Şurası 2003-cü il martın 15-də ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. Yüz yetmişə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Mətbuat Şurasının rəhbər heyəti seçilib. Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov təşkilat haqqında danışarkən bidirib ki, AMŞ-nin məramı jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir.
Komissiyalara rəhbərlik Şuranın İdarə Heyətinin üzvləri tərəfindən aparılır. Şurada fəaliyyət göstərən monitorinq qrupu ayda bir dəfə KİV-lərdə apardığı araşdırmalara əsasən nəzərə çarpan tendensiyaları, peşə prinsiplərinin pozulmasındakı bariz təzahür formalarını müəyyənləşdirir, bununla bağlı yekun hesabat hazırlayaraq icraçı katibə təqdim edir. Şura indiyədək jurnalistlərin təhsil, səhiyyə, vergi, məhkəmə orqanları ilə qarşılıqlı əlaqələrinə dair çoxsaylı layihələr reallaşdırıb.
AMŞ 2005-ci ildən Ümümdunya Mətbuat Şuraları Assosiasiyasının və Avropa Mətbuat Şuraları Alyansının üzvüdür. Şura sədri Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının İdarə Heyətində təmsil olunur. MŞ üzvləri bu qurumların hər il dünyanın müxtəli bölgələrində baş tutan illik toplantılarına qatılır, məruzə ilə çıxış edirlər.
Mətbuat Şurası possovet məkanının və Türkiyənin nüfuzlu media qurumları ilə sıx Eyni zamanda müxtəlif xarici fondların, səfirliklərin, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə layihələr reallaşdırır.
Xatırladaq ki, bu gün şuranın 10 illik yubileyi ilə bağlı rəsmi mərasim keçiriləcək.