IV TÜRKSOY Basın Onur Ödülünə (Mətbuat Şərəf Mükafatı) Bakıda çıxan «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli layiq görülüb.
TÜRKSOY-un rəsmi saytına istinadla SalamNews xəbər verir ki, türk ədəbiyyatı, mədəniyyəti və incəsənətinin inkişafında xidmətləri olan media təmsilçilərinə təqdim olunan TÜRKSOY Basın Onur Ödülünə Qazaxıstan,Türkiyə, Başqırdıstan, Moldavanın Qaqauz Muxtar Vilayəti, Tatarıstan, Şimali Kipr Türk Respublikasından, həmçinin, Azərbaycan Dövlət Televiziya və Radiosundan nümayəndələr də layiq görülüblər. Mükafatların təqdimetmə mərasimi, martın 11-də, Ankara Dövlət Rəsm və Heykəl Müzeyində keçiriləcək.
Xatırladaq ki, TÜRKSOY Başqırdıstanın Ufa şəhərində keçirilən 30-cu TÜRKSOY Daimi Şurasının qərarına əsasən 2013-cü ili Qazaxıstan müsiqisinin ustadı və milli bəstəkarı Mukan Tölebayevə ithaf edib.