Bakıda KİV nümayəndələri üçün “Açıq qapı günü” keçirilib

Bakıda KİV nümayəndələri üçün “Açıq qapı günü” keçirilibVergilər Nazirliyi yannda Vergi Auditi Departamentində “Açıq qapı günü” keçirilib.

SalamNews xəbər verir ki, tədbirdə məqsəd KİV nümayəndələri vergi xidmətinin əsas fəaliyyət istiqamətlərdən biri olan vergi auditin təkminləşdirilməsi və sayyar vergi yoxlamalarının artırılması istiqamətində görülən işlərlə tanış etməkdir.

Vergi Auditi Departamentinin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Habil Məmmədov KİV nümayəndələrinə departamentinin əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Mətbuat işçiləri departamentin inzibati binası, iş otaqları, o cümlədən kamera ilə təchiz edilən vətəndaşların qəbul otağı ilə yaxından tanış olublar.

Bildirilib ki, departament 2009-cu il martın 19-da yaradılıb. Hazırda bura təmir-tikinti, topdan ticarət, istehsal, rabitə və nəqliyyat, təhsil, səhiyyə, maliyyə və digər xidmət sahələri, ictimai iaşə və pərakəndə ticarət sahələri üzrə audit idarələri daxildir.

KİV nümayəndələrinin nəzərinə çatdırılıb ki, departamentin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə onun maddi-texniki bazası yeniləşdirilib, əməkdaşlar operativ nəarət sahəsinə aid olan qanunvericilik sənədləri toplanmış qovluqlar, kompyuter tipli informasiya daşıyıcıları İ-Pad-lər, həmçinin nəzarətin çevikliyinin təmin edilməsi baxımından “Motorola” markalı müasir texniki tələblərə cavab verən radio-rabitə vasitələri ilə təchiz edilib. Tətbiq olunan innovativ yeniliklər nəticəsində hazırda departamentin əməkdaşları vergi ödəyicilərinin və təsərrüfat subyektlərinin onlayn qeydiyyata alınması, bank hesabının açılması, NKA-ların qeydiyyata qoyulması kimi məsələləri elektron şəkildə reallaşdırırlar.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO