Azərbaycan İnternetin sürətinə görə dünya reytinqində 120-ci yerdə qərarlaşıb

«Ookla» şirkəti «Speedtest.net» xidmətinin məlumatlarına və internet istifadəçilərin sorğularına əsaslanaraq, İnternetin orta sürətinə dair dünya reytinqini tərtib edib.
«APA-Economics»in məlumatına görə, Azərbaycana daxil olan internet trafikin orta sürəti 3,74 Mbit/saniyə təşkil edir, halbuki, ötən ilin dekabr ayında bu göstərici 3,55 Mbit/saniyə olub. Bakı üzrə İnternet trafikin orta sürəti 3,95 Mbit/saniyə, Sumqayıt üzrə isə 2,87 Mbit/saniyə təşkil edir.
Testlərin aparılması üçün 327 287 unikal IP ünvanı seçilib. Azərbaycan daxil olan trafikin reytinqində 120-ci yerdə qərarlaşıb. Reytinqin ilk üçlüyündə Honkonq (46,25 Mbit/saniyə), Sinqapur (40,63 Mbit/saniyə) və Andorra (38,39 Mbit/saniyə) yer alıb.
Azərbaycanda xaric olan trafikin orta sürəti 1,44 Mbit/saniyə təşkil edir. Xaric olan trafik üzrə reytinqdə Azərbaycan 122-ci yerdə qərarlaşıb. Bakı üzrə bu göstərici 1,56 Mbit/saniyə, Sumqayıt üzrə isə 0,76 Mbit/saniyə təşkil edir. Bu reytinqdə ilk üçlükdə müvafiq olaraq Andorra (34,19 Mbit/saniyə), Honkonq (31,04 Mbit/saniyə) və Cənubi Koreya (30,05 Mbit/saniyə) yer alıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO