Prezident İlham Əliyev Milli Televiziya və Radio Şurasının üzvlərin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
525.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə, sərəncama əsasən, Qafar Cəbiyev və Əlvan Ağayev 6 il müddətinə Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının üzvləri təyin edilib.