“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi “Yazarlar ilə görüş” layihəsi çərçivəsində “Dalğa” romanının müəllifi, Kulis.az-ın əməkdaşı, gənc yazar Svetlana Turan ilə oxucuların görüşünü keçirib.
Lent.az-ın məlumatına görə, “Yeni Üfüq” İctimai Birliyinin sədri Sevinc Əzimbəyli “Yazarlar ilə görüş” layihəsinin ölkənin ədəbi mühitində olan gənc, istedadlı yazarların tanıdılması və təbliğ olunması yolunda vacib önəmindən danışıb. Gənc istedadlı yazar Svetlana Turan “Dalğa” romanından və ədəbi yaradıcılığından tədbir iştirakçılarına geniş söz açıb.
Tədbirdə “Yeni Üfüq” İctimai Birliyinin sədr müavini Xanım Qasımova yazar haqqında öz fikirlərini bildirib. Görüşdə Nizami rayonu 220 nömrəli məktəbin şagirdləri Svetlana Turanın müəllifi olduğu “Dalğa” romanından hekayələr səsləndiriblər.
Tədbirin sonunda “Yeni Üfüq” İctimai Birliyinin sədri Sevinc Əzimbəyli “Yazarlar ilə görüş” layihəsinin qonağı olan yazar Svetlana Turana təşəkkür edərək, birliyin adından xatirə olaraq plaket və hədiyyə təqdim edib.