«Day.az» və «Today.az» saytlarının fəaliyyəti bərpa edilib

Saytın keçmiş təsisçisi Anar Məmmədxanlı internet nəşrin yeni redaktorunun «Trend» Informasiya Agentliyinin rəhbəri İlqar Hüseynov olduğunu açıqlayıb və əlavə edib ki, bundan sonra saytlara peşəkar şəxs rəhbərlik edəcək. «Media forum» saytına müsahibəsində deputat bundan sonra “Day.az”la yalnız mənəvi bağlılığının olacağını da vurğulayıb.

Xatırladaq ki, «Day.az» və «Today.az» saytları fevralın 18-də fəaliyyətini dayandırmış və səbəb kimi də portalın texniki problemlərlə üzləşməsi göstərilmişdir. Kütləvi informasiya vasitələrində olayın siyasi motivlərlə bağlılığı haqqında müxtəlif versiyalar irəli sürülsə də, bu günə kimi onları nə təsdiqləyən, nə də təkzib edən olub.

SAMF

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO