SAMF: Gənclərin maddi-mədəni itkilərimiz haqqında bilgiləri aşağı səviyyədədir

SAMF: Gənclərin maddi-mədəni itkilərimiz haqqında bilgiləri aşağı səviyyədədirSöz Azadlığını Müdafiə Fondu (SAMF) maddi-mədəni itkilərimiz haqqında gənclərin bilik səviyyəsini öyrənmək məqsədilə Bakı şəhərində fəaliyyət göstərən, dörd universiteti əhatə etməklə 200 nəfər tələbə arasında ekspress rəy sorğusu keçirib.

SAMF-dan APA-ya verilən xəbərə görə, cari ilin yanvarında keçirilən sorğunun ilkin nəticələrinə əsasən rəyi soruşulan respondent-tələbələrin 56%-nin işğal altında olan rayonlarımız haqqında tam bilgilərinin olmaması üzə çıxıb. Rəyi soruşulanların 40%-i bu mövzu ilə əlaqəli ətraflı bilgilərə malik olduqlarını bildirib, 4%-i isə suala cavab verməkdən yayınıblar.

Respondentlərin 79%-nin bu ərazilərdə fəaliyyətdə olmuş muzeylər, habelə turizm obyektləri barəsində hər hansı məlumata malik deyillər. Problemin həlli yollarına gəlincə, rəyi soruşulanların 84%-i bildirib ki, yeni media orqanları ilə ilk növbədə ideoloji işin gücləndirilməsi nəticəsində mövcud problemin müəyyən mənada həllinə nail olmaq olar. Respondentlərin 54%-i isə gənclərdə sosial təşəbbüslərin artırılmasını məqsədəuyğun hesab ediblər.

Qeyd edək ki, ekspress sorğu üç ildən artıq davam edən “Maddi-mədəni irsimizi qoruyaq” layihəsi çərçivəsində həyata keçirilib. Layihə çərçivəsində həmçinin Qarabağ muzeylərinə həsr olunmuş kitabın hazırlanması da davam etdirilir. Artıq kitaba daxil ediləcək materialların üç də biri hazırdır. SAMF əməkdaşları tərəfindən hazırlanan kitabın ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO