Millət vəkili Qənirə Paşayevanın Türk Dünyasının böyük şairi, aydını Abdurrahim Karakoçun xatirəsinə həsr etdiyi “Aşk deyince ötesini arama… ” adlı məqalələr silsiləsindən ibarət kitabı işıq üzü görüb. Kitabda millət vəkili Qənirə Paşayevanın Azərbaycan və Türkiyə türkcəsində nəşr olunan və Türk Dünyasının böyük şairi A.Karakoçun xatirəsinə ithaf olunan məqalələri əks olunub.
Kitabın təqdimatı R.Behbudov adına Mahnı Teatrında A.Karakoçun xatirəsinə həsr olunan “Aşk deyince ötesini arama…” adlı bədii gecədə və Atatürk Mərkəzinə “Abdurrahim Karakoç irsi: Ortaq türk ədəbi keçmişindən ortaq türk ədəbi gələcəyinə baxış” adlı konfrans çərçivəsində olacaq.
Modern.az