Azərbaycanda qədim əlyazmaların və qiymətli arxiv sənədlərinin qorunması və bərpası üçün yeni laboratoriya təsis ediləcək.
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar və İctimai Elmlər Bölməsindən bildirilib.
Artıq bununla bağlı məsələ Bölmənin bu il üçün perspektiv iş planına daxil edilib. Yaradılacaq laboratoriya bütün ölkəni əhatə edəcək ilk belə ixtisaslaşmış laboratoriya olacaq.