“Google” şirkəti Mauntin-Vyuda yerləşən qərargahında 3 kilometr radiusda işləyə bilən eksperimental simsiz şəbəkə işə salıb. Bu cəhd uğurlu alındığı təqdirdə, axtarış sistemi digər ərazilərdə çox sürətli şəbəkələr yarada biləcək.
“The Wall Street Journal” nəşri yazıb ki, “Google” şirkəti ABŞ-ın Rabitə üzrə Federal Komissiyasına (FCC) qeyri-standart tezliklərdə (2524-dən 2625 meqahersədək) fəaliyyət göstərən “eksperimental radio xidməti”ni təqdir etmək xahişi ilə müraciət edib. “iPhone” və “Android” smartfonlar daxil olmaqla, mobil qurğuların əksəriyyəti bu tezliyə qoşula bilməyəcək.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, analitiklərin fikrincə, bu tezliklər gələcəkdə populyar ola bilər. Məsələn, Braziliya, Çin və Yaponiyada mobil operatorlar artıq simsiz şəbəkə qururlar.