Sözügedən prosedurun məqsədi 390 milyon dollar məbləğində şirkətin borcunun restrukturizasiyasıdır. Buna baxmayaraq, Philadelphia Newspapers şirkətinin nümayəndələri nəşrlərin buraxılışını dayandırmaq niyyətində olmadığını bildiriblər.
ABŞ-da bu artıq son müddət ərzində müflislik prosedurunun başlanmasının dördüncü hadisəsidir. Fevralın 21-də kreditorların tələbindən müvəqqəti qoruyan müflislik proseduruna 21 qəzetin sahibi Journal Register şirkəti əl atmışdır. Yanvar ayında müflislik proseduruna Minnesota ştatında The Star Tribune qəzeti, 2008-ci ilin dekabrında isə Çikaqonun Tribune Co şirkəti başlamışdır.
lenta.ru