Modern.az xəbər verir ki, filologiya elmləri doktoru, Azərbaycan Dövlət Dillər Universitetinin professoru Nigar Vəliyevanın Rumıniyada “Romanoslavica” adlı elmi jurnalda məqaləsi dərc olunub. “Dil və mədəniyyət arasındakı əlaqə“ başlıqlı məqalədə xarici dilin öyrənilməsi konteksində həmin dilə məxsus mədəniyyətin böyük rol oynadığı vurğulanır.
Məqalədə qeyd olunur ki, hər bir xalqın siyasi, iqtisadi, mədəni həyatında baş verən hadisələr, tarixi faktlar dilə təsirsiz ötüşmür və dilin struktur dəyişikliyinə gətirib çıxarır. Bu gün əsasən, öyrənilən dil ingilis dilidir: “Hazırkı dövrdə mədəniyyətlərarası əlaqələrin yaradılmasında ingilis dilinin mühüm rolu var. Hazırda bu dil ana dilimiz olmasa da, amma bu dilin öyrənilməsi gün-gündən artır”.
Bundan başqa, qeyd olunur ki, həqiqətən də mədəniyyət geniş sahələri əhatə edir. Mədəniyyət ədəbiyyatı, incəsənəti tarixi, musiqini, folkloru, adət-ənənəni, sosial əlaqələri özündə birləşdirir. Xarici dilin öyrənilməsində mədəniyyət faktorundan başqa, həmin dilə məxsus qulaq asma, oxuma, danışma, tərcümənin rolu var.