Daha bir sayta haker hücumu olub. Modern.az-ın məlumatına görə, “Publika.az” saytı da işləmir. Saytın redaktoru Bəxtiyar Əlirzayev bildirib ki, gecə saatlarından Publika.az-a haker hücumları başladığı üçün saytın fəaliyyətində problemlər yaranıb. Əksər provayderlərdən giriş dayandırılıb. Hazırda problemi həlli istiqamətində işlər görülür.
Qeyd edək ki, dünəndən “musavat.com” və “qafqazinfo.az”saytına haker hücumu olub və saytın fəaliyyəti dayanıb. Məsələ ilə bağlı “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və “Qafqazinfo.az”ın baş direktoru Elbrus Ərud Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudova müraciət ediblər.